f35f091b-d44e-4545-a9d0-0e3019b6a39d..jpg

Erməni silahlıları Laçın istiqamətində mövqelərimizi atəşə tutublar – RƏSMİ

Baxış sayı: 682 dəfə baxılıb.

Erməni silahlıları Laçın istiqamətində mövqelərimizi atəşə tutublar – RƏSMİ

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin
bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən
mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab
tədbirləri görülüb.

Source link