Erməni silahlılarının uzunmüddətli fortifikasiya qurğularını quraşdırmaq cəhdinin qarşısı alınıb – VİDEO

Baxış sayı: 540 dəfə baxılıb.

Erməni silahlılarının uzunmüddətli fortifikasiya qurğularını quraşdırmaq
cəhdinin qarşısı alınıb – VİDEO

Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti
yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin
üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında
uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər
nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Source link