053d3ca0-cc35-4e60-bf91-551b3aca756b..jpg

Erməni silahlılarının Xocavənd və Ağdamda fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Baxış sayı: 496 dəfə baxılıb.

Erməni silahlılarının Xocavənd və Ağdamda fortifikasiya qurğuları
quraşdırmasının qarşısı alınıb

Sentyabrın 7-də saat 12:35-dən 14:00-dək Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı
dəstələri Ordumuzun Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən
mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa
cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər
nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Source link