Erməni təbliğat maşınının əlaltıları: Adlar, faktlar… – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanda daxili siyasi qarşıdurma davam edir, informasiya müharibəsi isə
hər zaman onun mühüm tərkib hissəsi olub və gələcəkdə də belə olmaqda davam
edəcək.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti analitik
videosüjetdə bildirilib.
Müəllif qeyd edib ki, 2018-ci ildə baş vermiş “kabab inqilabı” da məhz bu
prinsip əsasında həyata keçirilmişdi:
“İndiki “əks-inqilabın” əsasında məhz bu faktor dayanır, lakin bu dəfə
klerikal qiyafədə”.
Süjetin davamında müəllif hazırkı hökuməti və baş nazir Nikol Paşinyanı sərt
tənqid edən müxalifətçi, “Mənim adımla” podkastının aparıcısı Vazgen
Saqatelyanın həbsini xatırladıb.
“Ermənistanda müxalifətin “Mənim şərəfim var” parlament fraksiyasının üzvü
Tiqran Abramyan baş verənləri şərh edərkən söyləyib ki, hakimiyyətin əsas
məqsədi Vazgen Saqatelyan deyil, cəmiyyətdə qorxu mühiti yaratmaq və aktiv
vətəndaş mövqeyinə malik insanlara siqnal ötürməkdir”, – deyə süjetdə qeyd
olunub.
Daha ətraflı videosüjetdə: