afb44099-9994-4cc3-a144-9dd881d0ba57..jpg

Erməni yalanına uyanlar: Adı fəaliyyətinə zidd olan Avropa Yaşıllar Partiyası – ŞƏRH + FOTO

Baxış sayı: 520 dəfə baxılıb.

Erməni yalanına uyanlar: Adı fəaliyyətinə zidd olan Avropa Yaşıllar Partiyası
– ŞƏRH + FOTO

Ermənistan və Xankəndidəki separatçı rejimin qalıqları Azərbaycanın Qarabağ
bölgəsinin “blokadası” ilə bağlı əsassız iddiaları ilə beynəlxalq şou yaratmağa
çalışır, məsələyə siyasi don geyindirməkdə davam edirlər. İrəli sürülən
iddialar əsassız olsa da, rəsmi İrəvan havadarlarının köməyi ilə hər vəchlə
məsələni gündəmdə saxlamağa çalışır. İttihamların yalan və çirkin erməni
kampaniyasının tərkib hissəsi olduğunu sübut edən çoxsaylı faktlar ortadadır.
Məsələn, artıq neçə gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda
yaşayan ermənilərə ərzaq məhsulları çatdırmağa çalışsa da, bu yük hələ də yolda
qalıb və Rusiya sülhməramlı kontingentinin nəzarətində olan əraziyə girişi
gözləyir. Separatçı kəsim isə “acından ölərik, türkdən ərzaq qəbul etmərik”
kimi şovinist fikirlər tirajlayır.

Bütün bunlara rəğmən, ermənilərin hay-küy kampaniyasına dəstək verənlər
tapılırlar. Onlar bu dəfə torlarına Avropa Yaşıllar Partiyasını salmağa
müvəffəq olublar. Qurumun yaydığı bəyanatda iddia olunub ki, Azərbaycan Laçın
yolunda Qarabağa “humanitar yardım” göstərilməsini bloklayır. Təşkilat
vəziyyətin kritik olduğunu, rəsmi Bakının insan hüquqlarını pozduğunu iddia
edib. Erməni təbliğatının növbəti şantaj kampaniyasına qoşulan qurum bölgədə
vəziyyətin ağır olduğunu sübut edən heç bir fakt təqdim etmir. Bəli, ola
bilsin, müəyyən çətinliklər var. Lakin bunu kim yaradıb? – Separatçılar və
onların havadarları. Adi bir misal: təkcə bu gün “Laçın” sərhəd-buraxılış
məntəqəsindən Xankəndi-Gorus istiqamətində erməni sakinləri daşıyan Beynəlxalq
Qızıl Xaç Komitəsinə (BQXK) məxsus doqquz nəqliyyat vasitəsi keçib. Bu, bir
daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir
maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin, Ermənistanın
Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının
yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Adıçəkilən partiyanın bölgədə birtərəfli qaydada, heç bir alternativ mənbəyə
istinad etmədən bəyanat yaymaqla qərəzli və obyektivlikdən uzaq olduğunu bu
yaxınlarda Rusiya mediası da təsdiq edib. Lakin təəssüf ki, “Novoye vremya”
qəzetinin bununla bağlı hazırladığı məqalə çox keçməmiş erməni lobbisinin
təzyiqi ilə saytdan yığışdırılıb. Halbuki, sosial şəbəkələrdə yayılan foto və
videolardan aydın olur ki, Qarabağda həyatdan zövq alan və heç bir çətinlik
çəkmədən yaşayan ermənilər var. Müəyyən problemləri həll etmək üçün Azərbaycan
dəfələrlə Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif etsə də, səyləri
nəticəsiz qalıb.

Görünən odur ki, Ermənistan Laçın yolunun BMT Təhlükəsizlik Şurasında
müzakirəyə çıxarılması və Qarabağın erməni əhalisinin “humanitar böhran”
yaşaması iddiası puç olduqdan sonra növbəti dəstək kampaniyasına başlayıb və
toruna da heç bir təsir gücü olmayan Avropa Yaşıllar Partiyasını salmağa
müvəffəq olub. Bu qurum anlamır ki, Qarabağda bugünkü “humanitar vəziyyət”in
yeganə günahkarı erməni separatçı rejimidir. Ermənistanın indi bütün dünyada
başlatdığı kampaniya Azərbaycanı ləkələmək və onu bütün mümkün günahlarda
ittiham etmək, eləcə də humanitar çətinliklərlə bağlı manipulyasiya etmək üçün
taktiki addımdır.

Qeyd edək ki, Avropa Yaşıllar Partiyası 2004-cü ildə Avropa Yaşıllar Partiyası
Federasiyası bazasında təsis edilib. Əsasən, ətraf mühitin mühafizəsi, ekoloji
təmizlik üzrə fəaliyyətini qurub. Bu qurum Azərbaycanın işğaldan azad olunan
bölgələrində ekoloji vəziyyətlə bağlı bir dəfə də olsun bəyanat və yaxud
Ermənistanı qınayan fikir ortaya qoymayıb. Əvəzində isə Azərbaycan və Türkiyəni
hədəfə alaraq insan hüquq və azadlıqları sahəsində problemləri qabardıb.
Təşkilat bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə
salınmasına isə tamamilə göz yumub.

“Yaşıllar”ın iş fəaliyyətində Türkiyə də xüsusi rol oynayıb. Dəfələrlə rəsmi
Ankaranın sərt tənqidi ilə yadda qalıblar, PKK terror təşkilatına qarşı
mübarizəni pisləyən bəyanatlarla seçiliblər. Məsələn, Avropa Yaşıllar
Partiyasının həmsədri Melani Foqel və partiyanın tanınmış simaları Mina Cek
Tolu, eləcə də Vula Testsi Türkiyə hökumətini ölkə daxilində və kənarda kürd
icmasına təzyiq göstərməkdə ittiham etməkdən də çəkinməyiblər. Qərəz o həddə
çatıb ki, PKK terror təşkilatının siyasi qanadı HDP-yə dəstək verən Səlahəddin
Dəmirtaşın azadlığını tələb ediblər. Təşkilat təmsilçiləri, həmçinin, son
prezident və parlament seçkiləri ərəfəsində isə xalqın indiki hakimiyyəti
dəstəkləmədiyini iddia edərək ona qarşı əks-kampaniyaya start vermişdilər.

Görünən odur ki, erməni lobbisindən yemlənən bu partiya ümid edir ki,
ermənilərin maliyyə dəstəyi ilə uğur qazanacaq. Elə olmasaydı, ortaya heç bir
fakt qoymadan, birtərəfli ittihamlarla çıxış etməyə çalışmazdı.

“Report” İnformasiya Agentliyi

Source link