a65ee35f-81c1-429d-95ae-8b6e6f4c2d80..jpg

Ermənilərə “Yevlaxa gəl” deyən tambur ifaçısı: “Xankəndidə çıxış etməyi arzulayıram” – VİDEO

Baxış sayı: 789 dəfə baxılıb.

Ermənilərə “Yevlaxa gəl” deyən tambur ifaçısı: “Xankəndidə çıxış etməyi
arzulayıram” – VİDEO

Azərbaycan silahlı qüvvələrinin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi
lokal xarakterli antiterror tədbirlərinin uğurla nəticələnməsi, xuntaçıların,
separatçıların 24 saat ərzində ağ bayraq qaldırması əsgərimizin şücaətini bir
daha göstərməklə yanaşı, xalqımızın birlik və barəbərliyini də nümayiş etdirmiş
oldu.

Bizim.Media xəbər verir ki, son günlər sosial şəbəkələrdə trendə çevrilən
Balakəndən olan tambur ifaçısı Əfqan Rəhmanovun “Yevlaxa gəl” bəstəsində də
məhz Azərbaycan əsgərinin qanı-canı bahasına əldə etdiyi qələbədən bəhs olunur.

Balakənli tambur ifaçısının bu bəstəsi qısa müddətdə milyonlarla baxış
qazanıb. 44 günlük Vətən müharibəsindən sonra Qarabağ iqtisadi rayonlarında
məskunlaşan separatçılara Azərbaycan dövləti Yevlax şəhərində görüşərək danışıq
aparmaq üçün təklif göndərsə də, nəticəsi olmamışdı.

Lokal xarakterli 24 saatlıq antiterror tədbirlərindən sonra isə xuntaçılar ağ
bayraq qaldırmaq məcburiyyətində qalmaqla yanaşı, həm də məhz Yevlaxda ilk
görüşün keçirilməsini məmnuniyyətlə qəbul edib. Əfqan da öz ifasında məhz bu
incə məqamı vurğulayıb:

“Əyilginən əsgərimiz əyməmiş,

Haqq yola dön, leş donunu geyməmiş.

Boş başına DƏMİR YUMRUQ dəyməmiş,

Yevlaxa gəl, Yevlaxa gəl, Yevlaxa…”

Rayonun Hənifə kəndində doğulub boya-başa çatan Əfqanla Balakən şəhərində ən
hündür zirvəsində görüşmək qərarına gəldik. İfaçı bildirib ki, bu qələbədən
sonra ancaq zirvədə dayanıb seyr etmək və şəhidlərimizə şükran borcumuzu vermək
doğru olar:

“Koroğlunun nərəsindən hayım bəlli, hoyum bəlli…

Bütün əsil-nəsil, nəcabətim bəlli, soyum bəlli.

Dəli Oğuz boyundanam, bütün dünyaya boyum bəlli,

Mən Tanrının qüdrətindən xəlq olunmuş varı Türkəm.

Zəiflərin, gücsüzlərin darda xilaskarı Türkəm!”

Əfqanın heç bir təhsili olmasa da tambura olan sevgisi onu yaradıcılıqla
məşğul olmağa sövq edib. Bütün bəstələri, qələmə aldığı şeirlər isə ancaq
vətənpərvərlikdən, igidlərimizin qəhrəmanlığından bəhs edir. O, el
şənliklərində də ancaq bu ifaları ilə çıxış edir:

“Dünyanın hər yeri tanıdı bizi,

Hünər meydanında, hünər qazandıq.

Yazıldı tarixə mərdlərin izi,

Dəyərlə içində, dəyər qazandıq…”

Tambur ifaçısının indi bir arzusu var. Tezliklə Azərbaycan bayrağı Xankəndi
şəhərində dalğalansın və orada Şuşada olduğu kimi Festival təşkil edilsin.

Həmin gün üçün də onun xüsusi töhfəsi olacaq. Əlbəttə tambur ifaçısı həmin
bəstəsini də Xankəndidə səsləndirmək arzusundadır.


Source link