05d9336e-9178-41cf-b4bd-729f110da4d6..jpg

Ermənilər Azərbaycanın Zəngilandakı mövqelərini atəşə tutublar: Hərbçimiz yaralanıb – VİDEO

Baxış sayı: 875 dəfə baxılıb.

Ermənilər Azərbaycanın Zəngilandakı mövqelərini atəşə tutublar: Hərbçimiz
yaralanıb – VİDEO

Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin
Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin
bölmələri Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən
mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini
atəşə tutulub.

Bu barədə Cixisyolu.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat
verilib.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kiçik çavuş
Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb.

Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilərək əməliyyat
olunub, həyatı təhlükəsi yoxdur.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin tam nəzarəti altındadır.

Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi
dəyərləndirir və buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə
düşür.


Source link