6d591ca3-74f9-4408-bc0b-aede2a110db5..jpg

Ermənilər Eldar Mansurovun əsərlərini oğurladılar – Agentlik hərəkətə keçdi

Baxış sayı: 834 dəfə baxılıb.

Ermənilər Eldar Mansurovun əsərlərini oğurladılar – Agentlik hərəkətə keçdi

“Qədim türk mətbəx mədəniyyətinin şirniyyat növlərindən biri olan baklavanın
(paxlava) ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın
qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət
hazırlamaları barədə erməni mətbuatında gedən yazılarla əlaqədar agentlik
tərəfindən sübutedici sənədlər və tarixi mənbələr əsasında arayış hazırlanıb və
yayılıb”.

Bu barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (COPAT)
hesabatında qeyd edilib.

Bununla yanaşı, görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif
gülüşlüm” adlı musiqi əsərinin ermənilər tərəfindən oğurlanması və erməni
mahnısı kimi “Youtube” kanalında yayılması, həmçinin Azərbaycanın xalq artisti,
bəstəkar Eldar Mansurovun “Bayatılar”, “O gələndə”, “Bir payız gecəsi”, “Yarı
səndə, yarı məndə” və “Gecələr keçir” əsərlərinin müxtəlif erməni ifaçıları
tərəfindən mənimsənilməsi və “Youtube” kanalında və digər internet
şəbəkələrində yayılması faktları ilə bağlı agentlik tərəfindən arayışlar
hazırlanıb və KİV-də yayılıb.

Növbəti erməni saxtakarlığı Azərbaycan xalqına məxsus balaban, tütək, kamança
və qanun (kanon) musiqi alətlərinin erməni milli musiqi alətləri kimi Cenevrə
Etnoqrafiya muzeyinə hədiyyə edilməsi barədə informasiyanın yayılması olub.
Bununla bağlı, Əqli Mülkiyyət Agentliyi qədim tarixi və ədəbi nümunələrə,
tanınmış mütəxəssislərin araşdırmalarına əsaslanaraq həmin musiqi alətlərinin
Azərbaycan xalq musiqisində qədim dövrlərdən bəri geniş istifadə edilən və
populyarlığını bu günədək qoruyub saxlayan türk mənşəli alətlər olması ilə
bağlı geniş arayış hazırlayıb və KİV-ə təqdim edib.

Source link