4fe0f510-ea11-4066-a9be-07f32cf28bb9..jpg

Ermənilər Füzulidə kütləvi məzarlıqların ətrafını minalayıblar: ANAMA axtarışlara başladı – FOTO/VİDEO

Baxış sayı: 768 dəfə baxılıb.

Ermənilər Füzulidə kütləvi məzarlıqların ətrafını minalayıblar: ANAMA
axtarışlara başladı – FOTO/VİDEO

ANAMA əməkdaşları işğaldan azad olunan Füzuli rayonunun Aşağı Seyidəhmədli
kəndində birinci Qarabağ müharibəsi zamanı erməni quldurlarının
azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdığı ərazilərdə
minatəmizləmə prosesinə başlayıblar.

Axtarışları Trend-in Qarabağ bürosunun çəkiliş qrupu lentə alıb.

ANAMA əməkdaşı Habil Babayev bildirib ki, düşmən bu əraziləri bilərəkdən
kütləvi minalayıb.

“Erməni quldurları biliblər ki, insanlar öz yaxınlarının məzarlarını
axtaracaqlar. Kütləvi şəkildə ərazini minalayıblar. İndiyə kimi 4 hektar
ərazinin 15 faizi təmizlənib. Ərazi həddən artıq minalıdır. Çoxlu sayda mina
gözlə görünməkdədir. Bu da ona dəlalət edir ki, gələcəkdə bu ərazidə hələ çoxlu
sayda minanın çıxması ehtimalı yüksəkdir. ANAMA təmizləmə qrupları 44 günlük
Vətən Müharibəsindən sonra ərazidən 81 min ədəd partlamamış hərbi sursat və
mina aşkar ediblər. Bunlardan 14 mini tank əleyhinə minadır”, – deyə o əlavə
edib.

Uzun illərdir yaxınlarının taleyindən xəbərsiz qalanlardan biri də ANAMA-nın
əməkdaşı Füzuli rayon Qazaxlar kənd sakini Bəhruz Mahmudovdur.

Bəhruzun atası Behbud Mahmudov da Birinci Qarabağ müharibəsi zamanı itkin
düşüb və bu günədək ondan bir xəbər yoxdur. Bəhruz Mahmudov bildirib ki, hər
minalı əraziyə daxil olanda atasından bir nişanə tapmaq ümidi ilə mina
axtarışına başlayır.

Qeyd edək ki, Azərbaycanda Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş
şəxslərin ümumi sayı – 3 890 nəfərdir ki, bunlardan 3 171 nəfəri hərbçilər, 719
nəfər isə mülkü şəxslərdir. İtkin düşənlər arasında 71-i uşaq, 267-i qadın, 326
nəfəri isə qocalar olub.

Videoreportajı təqdim edirik:


Source link