c15468e0-4d92-48b4-abdc-c1a6314978e3..jpg

“Ermənilər insanları kütləvi şəkildə basdırdığından meyit qalıqlarını müasir cihazlarla aşkarlamaq olmur”

Baxış sayı: 530 dəfə baxılıb.

“Ermənilər insanları kütləvi şəkildə basdırdığından meyit qalıqlarını müasir
cihazlarla aşkarlamaq olmur”

“Ermənilər qətlə yetirilməsi ehtimal olunan və itkin düşmüş sayılan şəxsləri
ümumbəşəri, dini və insanlıq qaydalarına uyğun olmadan, yəni qəbir qazılmadan
və s. hallara riayət edilmədən quyu qazılmaqla kütləvi şəkildə basdırdığından
meyit qalıqlarının müasir cihazlarla aşkarlanması effekt vermir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş prokurorunun müavini, hərbi
prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması
üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq
konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində müasir
cihazlarla axtarış müsbət nəticə verməyib:

“Bunun əsas səbəbi insan meyit qalıqlarının qəbirlərdə deyil, torpağın
qazılaraq birbaşa basdırılmasına görədir. Adətən, kütləvi məzarlıqlar
əsirlikdən qayıtmış ayrı-ayrı şəxslərin ifadələri və əyani şəkildə
göstərdikləri ərazilərdə tapılır”.

Source link