Ermənistan silahlı qüvvələri qondarma “Dağlıq Qarabağ respublikasının” hərbi birləşmələri ilə birgə Azərbaycanın işğal altında olan torpaqlarında əməliyyat-taktiki təlimlərə başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Hərbi təlimlərin gedişatını Ermənistan baş ordu qərargahının rəisi general-polkovnik Movses Akopyan və qondarma “DQR-in müdafiə naziri” Levon Mnasakanyan izləyir.
Saytın məlumatına görə, təlimlərdə yeni növ silahlardan istifadə olunub.