55878727-c776-47ec-b7b8-e865501db1db..jpg

Ermənilər Qarabağda Rusiya sülhməramlılarının müşayiəti altında qanunsuz daşımaları davam etdirirlər – VİDEO

Baxış sayı: 592 dəfə baxılıb.

Ermənilər Qarabağda Rusiya sülhməramlılarının müşayiəti altında qanunsuz
daşımaları davam etdirirlər – VİDEO

Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları
qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini
təşkil etməyə davam edirlər.

Yayılan yeni videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə
növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə
hərbi daşımaları həyata keçirilməsi aydın görünür.

Bu dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə Rusiya sülhməramlı kontingentinin
müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınıb.

Qeyd edək ki, bundan öncə də dəfələrlə analoji hadisənin görüntüləri yayılıb.

Source link