Yerevanda arxitektor Aleksandr Tamanyanın abidəsi var və nabələd insanlar elə bilir ki, bu arxitektor Ermənistan paytaxtının yarısını qurub.
ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov deyib.
O bildirib ki, əslində, Tamanyan Yerevanda üç bina tikdirib, abidəni isə ona Yerevanın baş planını müəyyənləşdirdiyi üçün qoyublar.
“Bu baş planının “unikallığı” onadan ibarətdir ki, o, tarixi mərkəzlərin saxlanılmasını nəzərdə tutmur. Erməni alimlər də bunu etiraf edir.
Yerevanda arxitekturanın etnik təmizlənməsi Ermənistanın bütün görünüşünün təmizlənməsinə gətirib-çıxardı. O, təkcə Yerevanı deyil, bütün ölkəni bürüdü. Əvvəllər Yerevan böyük orta əsr şəhəri idi. Sonralar isə burada 800 ev dağıdıldı. Bu gün orada cəmi bir məscid qalıb. Sərdar sarayının yerində isə konyak zavodu tikilib”, – Axundov deyib.
F.Axundovun sözlərinə görə, əgər bu saray qalsaydı, hamı müəllifi Aleksandr Qriboyedov olan “Ağıldan bəla” pyesinin ilk dəfə səhnələşdirildiyi yerə baxmağa gələrdi.
Qeyd edək ki, Sərdar sarayı İrəvan xanlığının iqamətgahı olub. Azərbaycan xalqının tarixi sərvətidir.
Sarayın bütün divarları gül-çiçək və naxışlarla örtülüdür. Gül ilə yanaşı, burada tovuz quşları, şirlər və günəş təsvirləri var idi. Döşəmə şirələnmiş kərpicdən hazırlanmışdı. Tavan güzgülərlə örtülmüşdü.
Ədəbiyyat məlumatlarına görə, Sərdar sarayının güzgülü zalının divarları ornamentlər və mövzu-tematik kompozisiyalarla bəzədilmişdi.
Sarayın arxitekturası Şəki Xan sarayının arxitekturası ilə bağlıdır.
1827-ci ildə Aleksandr Qriboyedov sarayın otaqlarından birində öz pyesini səhnələşdirib. 1914-cü ildə ermənilər sarayı dağıdıblar.
Əli Məmmədov
www.ÇıxışYolu.Com