“Serji rədd et!” şüarı altında etiraz aksiyaları dünyanın bir çox şəhərlərində, o cümlədən ermənilərin ən çox yaşadığı Los-Anceles və Fransanın müxtəlif şəhərlərində keçirilir.
Bununla bağlı ÇıxışYolu.Com erməni KİV-ə istinadla xəbər verir.
Bu gün səhər saatlarından Ermənistanın Fransanın Marsel şəhərindəki konsulluğu önünə yığışan ermənilər “Addım at, Serji rədd et!” şüarı səsləndiriblər.
Mitinq iştirakçıları bununla Ermənistanda baş verən hadisələrə dəstək verdiklərini nümayiş etdiriblər.
“Sizin mübarizəniz ədalətlidir. Bu, Ermənistanda ədalətli hökumətin bərpa edilməsinə, siyasi məhbusların azad edilməsini və ən əsası, Serj Sarkisyanın rəhbərlik etdiyi hökumət klanından azad olmağı nəzərdə tutur”, – onlar Ermənistandakı həmyerlilərinə müraciət ediblər.
Daha sonra etirazçılar Serj Sarkisyanın konsulluq binasındakı şəklini götürərək, ona od vurublar.
Əli Məmmədov
S.M.
www.ÇıxışYolu.Com