Ermənilər Şuşadakı məscidimizi kilsəyə çevirmək istəyiblər: Mamayı
məhəlləsindən REPORTAJ – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qarabağın incisi, hər daşı, hər kəsəyi tarix qoxan gözəl Şuşa… Hər dəfə bura
gələndə yeni bir şey öyrənir insan. Hər gəlişdə tarixə toxunaraq nələrsə kəşf
edir.
Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı bu dəfə Şuşanın qədim
məhəllələrindən reportaj hazırlayıb.
Şuşa şəhərinin tarixi hissəsini 17 məhəllə təşkil edir. Bu məhəllələr şəhərin
nisbətən aşağı hissəsi olan qərb hissəsində yerləşir. Məhəllələrin hər birinin
mərkəzində meydan olub və bu meydanların ətrafında hər məhəllənin məscidi,
bulağı mövcud olub. Bunlardan bir çoxu günümüzə çatıb. Bu məhəllələrdən biri də
Mamayı məhəlləsidir.
Mamayı məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllə Mamay bəyin adı
ilə bağlıdır.
Şuşanın digər məhəllələri kimi burada da məscid, Mamayı bulağı, kiçik meydan
və hamam olmuşdur. Vaxtilə bu bulağın suyu əhalinin su ehtiyaclarını ödəmək
üçün istifadə olunub və 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, Mamayı
bulağının suyu hələ də içməyə yararlıdır. İşğal dövründə Şuşanın mərkəzində
yerləşən Mamayı məscidi erməni silahlı birləşmələri tərəfindən dağıdılmışdı və
növbəti etaplarda isə bu məscidi kilsəyə çevirmək istəyiblər.
Həmin süjeti təqdim edirik: