Ermənilərdən növbəti təxribat: Bu dəfə Azərbaycanın Argentinadakı səfirliyi
qarşısında
Erməni diaspor təşkilatları dünyada Azərbaycana qarşı təxribatlar təşkil
etməkdə davam edir. Bu dəfə Azərbaycanın Argentinadakı səfirliyi qarşısında
“aksiya” təşkil olunub.
“Etirazçılar” Qarabağ əhalisinin mövcud olmayan “soyqırımını” pisləmək
çağırışları ilə yanaşı, Buenos-Ayresdə yaşayan erməniləri oktyabrın 7-nə
planlaşdırılan “etiraz yürüşü”nə qoşulmaları üçün kampaniya aparıblar.
Qeyd edək ki, ermənilərin Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı
cinayət əməlləri artıq bir neçə dəfə, o cümlədən Argentinada, Uruqvayda,
San-Pauluda (Braziliya), Los-Ancelesdə (ABŞ) və Parisdə (Fransa) törədilib.
Mənbə: Diaro Armenia