bb55c8c0-01d7-490d-97c1-2250b1b64cda..jpg

Ermənilərin azərbaycanlı hərbçiyə işgəncə verməsi faktı ilə bağlı cinayət işi başlanıb

Baxış sayı: 896 dəfə baxılıb.

Ermənilərin azərbaycanlı hərbçiyə işgəncə verməsi faktı ilə bağlı cinayət işi
başlanıb

Bəzi media və sosial şəbəkə səhifələrində Naxçıvan Muxtar Respublikasının
Şahbuz rayonunun ərazisindən əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən
itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 2003-cü il
təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan Respublikası ərazisində
əsir düşməsi və ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi,
qeyri-insanı rəftara məruz qalmasına dair videogörüntülər yayılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, yayılmış həmin
videogörüntlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət
Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya
qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd olunan videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri
həyata keçirilməklə hərbi qulluqçumuza qarşı işgəncə verən, qəddar və
qeyri-insani rəftar edən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb
edilməsi istiqamətində tədbirlər görülür.

Bəyan edirik ki, Azərbaycan vətəndaşlarına qarşı qanunsuz əməllərə yol verən
şəxslərin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə
xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və həmin
şəxslərin cəzalandırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi
təmin olunacaq.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın
verilməsi təmin ediləcəkdir.

Source link