c02c2c91-2979-45aa-aea1-c6dc7b5dd99a..jpg

Ermənilərin mina terroru: Tərtər sakininin bədənində qəlpə yaraları açılıb, bir gözü kor olub

Baxış sayı: 580 dəfə baxılıb.

Ermənilərin mina terroru: Tərtər sakininin bədənində qəlpə yaraları açılıb,
bir gözü kor olub

“Mina partlayışı bədənimdə ağır qəlpə yaraları açıb, gözlərimdə görmə itkisinə
yol açıb”.

Bunu “Report”a açıqlamasında Ermənistanın mina terroru zamanı xəsarətlər alan
Elgün Ələkbərov deyib.

O, 44 günlük Vətən müharibəsindən sonra Tərtər rayonunun Qaraqoyunlu kəndində
yerləşən pambıq zavodunda traktorçu işləyib:

“Pambıq əkini üçün ərazini şumlayarkən tank əleyhinə minaya düşdüm. Ağır
xəsarətlər aldım. Ayağımdakı qəlpə yaralarının ağrısından və sızıltısından
gecələr yata bilmirəm”.

E.Ələkbərov gözlərindən birinin görmə qabiliyyətini tamamilə itirdiyini deyib:

“Digər gözüm isə 11 faiz görür. Ətrafımdakı insanları, sadəcə, səslərindən
tanıya bilirəm. Bundan sonra bir gözümün 11 faizlik görmə qabiliyyətini
tamamilə itirməmək üçün altı aydan bir həkim müayinəsindən keçməliyəm”.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan bu günədək Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 314
nəfər minadan zərər çəkib. 48 nəfəri mülki, 13 nəfəri hərbçi olmaqla 61 nəfər
həlak olub. Eyni zamanda, mina partlayışları nəticəsində ümumilikdə 101 nəfər
mülki, 152 nəfəri isə hərbçi yaralanıb.

Xatırladaq ki, hazırda 970 551,604 kv.m (97 055,2 ha) ərazi mina və digər
partlayıcı qurğulardan təmizlənib. Aşkar edilmiş mina və digər partlayıcılar
cəmi 94 244 ədəd, piyadalar əleyhinə mina 29 617, tank əleyhinə minalar 17 048,
partlamamış hərbi sursatlar isə 47 579 ədəddir.

Source link