ef921a17-38cc-4f4e-9941-f3f70f1c09f5..jpg

Ermənilərin Qazaxıstanda yeni “Xocalı soyqırımı” arzusu və onlara qısa xatırlatma… – FOTO

Baxış sayı: 2. 150 dəfə baxılıb.

Ermənilərin Qazaxıstanda yeni “Xocalı soyqırımı” arzusu və onlara qısa
xatırlatma… – FOTO

Ermənilərin türk xalqlarına qarşı nifrəti bu xalqın ən iyrənc xislətlərindən
biridir. Uzun illər, hətta əsrlər belə bu mənfur xisləti məhv edə bilməyib.
Sadəcə zaman-zaman özlərini kamuflyaj edən ermənilər ilk fürsətdə yenidən
iyrənc niyyətlərini ortaya qoya bilir.

Elə bu günlərdə də onların əlinə öz məkrli ideyalarını ortaya qoymaq üçün yeni
fürsət düşüb. Qazaxıstandakı məlum hadisələr fonunda Ermənistan da öz
“sülhməramlı”larını bu türk ölkəsinə göndərib.

Bu hadisə isə ermənilər arasında iştahqabardan hal kimi başa düşülüb. Belə ki,
sosial şəbəkədə ermənilərin əksəriyyəti Qazaxıstandakı hadisələr fonunda orada
yeni soyqırımı törətmək imkanı yarandığını bildiriblər. Bir çoxları isə
Xocalını yada salaraq, yenidən həmin vəhşiliyi törətməyə hazır olduqlarını
vurğulayıblar.

Üstəlik, ermənilərin əxlaqsız yanaşması bununla da bitməyib. Onlar qazax
xalqının namusuna belə dil uzatmağa, qazax qızları ilə bağlı çirkin fikirlər
səsləndirməyə cürət ediblər.

Bütün bunlar üçün yeganə arqumentləri isə qazax xalqının türk olmasıdır. Türk
düşmənçiliyi ruhuna həkk olunan, bu ifrat düşmənçiliklə bəslənən mənfur
xislətli ermənilər mövzu türk xalqları olanda bir andaca vəhşi simalarını
ortaya qoya bildiklərini göstərirlər.

Sözügedən xisləti erməni “sülhməramlı”ları arasında da daşıyanların olması
istisna edilə bilməz. Odur ki, Qazaxıstanda sözügedən kontingentin fəaliyyəti
böyük risk daşıyır desək yanılmarıq.

Hər halda sülhməramlı kimi yollandıqları torpaqlarda erməni xislətlərini
gizlətmək onlar üçün çox çətin ola bilər. Bu xislətin tələblərini icra
etdikləri halda isə bu dövlətin ərazisində böyük təxribatlara yol verə bilərlər.

Hər halda ehtiyatı əldən vermək olmaz. Bu gün Ermənistan dövləti Qazaxıstanla
eyni təşkilatda – KTMT-də təmsil olunur. Ermənilər azərbaycanlılara qarşı
göstərdikləri ifrat düşmənçiliyi ən azından aşkar şəkildə qazaxlara qarşı
göstərmir. Ancaq bu gün ermənilərin etdikləri çıxışlar bütün bunların sadəcə
müvəqqəti oyundan ibarət olduğunu ortaya qoyur. Məhz buna görə ilk fürsətdə bir
nəfər kimi qazaxlara qarşı Xocalıda törətdikləri vəhşilikləri törətməyə hazır
olduqlarını utanmadan bəyan edə bilirlər.

Bu iyrənc təfəkkürün ölmədiyini, türk düşmənçiliyinin onların mənliyi əsir
aldığını hər addımlarında ifşa edirlər.

Xocalı kimi bəşər tarixinin ən qanlı cinayətlərindən birini törədən ermənilər
bunu ört-basdır edə bilmək üçün əllərindən gələni etdilər. Lakin müvəffəq ola
bilmədilər. Bu gün isə eyni vəhşəti törətmək, Qazaxıstanı qana bulamaq üçün
hazır olduqlarını gizlətmirlər.

Lakin bir faktı unudurlar ki, onlara hər zaman layiqli cəzaları verilib və
veriləcək. Necə ki, 44 günlük müharibə zamanı Azərbaycan Xocalıda vəhşicəsinə
qətlə yetirilmiş günahsız vətəndaşlarının qisasını aldı… Qazax xalqına qarşı
da öz iyrənc əməllərini törətməyə cəhd etsələr, layiqli cəzalarını
alacaqlarından şübhəmiz yoxdur.

Ordusu darmadağın edilən ermənilərin bu cür çıxışlar etməsinə səbəb də elə
onların hələ də məğlubiyyəti həzm edə bilməmələridir… İstər həzm edə
bilsinlər, istər yox, bu məğlubiyyət məhz erməni faşizminə endirilmiş dəmir
yumruğun təsiridir. Yenidən baş qaldıracaq bu cür zəhərli fikirlərə qarşı da
onların xatirələrini təzələmək bizim üçün heç də çətin olmayacaq…

Xocalının qisasını Azərbaycan döyüş meydanında erməni cəlladlarından alıb.
Bizim kimi şərəfli xalqlar öz qisasını məzlumlardan, dinc əhalidən almayacaq
qədər ləyaqətlidir. Ermənilər isə hətta “kömək” üçün getdikləri torpaqlarda
belə oranın əhalisinə qarşı ən iyrənc əməlləri düşünəcək, əxlaqsızlığa əl
atacaq qədər aciz və ləyaqətini tapdalayan xalqdır… Bunu özləri, öz addımları
ilə hər gün ortaya qoyurlar. Lakin onların hətta təxəyyülləri belə mövcud
reallıqlar qarşısında acizdir. Bu gün erməni faşizminin baş qaldırması
imkansızdır. Bunu imkansız edən də məhz Azərbaycanın qətiyyəti, iradəsi və
ədalətsizliyə qarşı apardığı haqq mübarizəsidir!

Orxan Tağıyev

Source link