d81e5d0a-45ce-4400-aeee-d91a14b3250f..jpg

Ermənilərin qoyub qaçdıqları idarəolunan raket sistemi aşkarlandı

Baxış sayı: 853 dəfə baxılıb.

Ermənilərin qoyub qaçdıqları idarəolunan raket sistemi aşkarlandı

Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən işğaldan azad
edilmiş ərazilərdə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı erməni hərbi
birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu
məlumat yayıb.

Bildirilib ki, Tərtər rayonunun Talış kəndi ərazisində bir ədəd tank əleyhinə
idarəolunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun
Qarıkaha kəndində isə üç əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil
verilib.

Source link