Ermənilərin sıxışdırdığı İrəvanlı zadəgan nəslinin davamçısı danışdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İrəvanda sıxışdırılmağa məcbur qalmış zadəgən nəslin nümayəndələrindən biri
olan Ofelya Bağırbəyova başına gələnlərdən danışır.
Onun babası, o dövrün xanı Əlixan Makinskiyə ölüm hökmü kəsilir. Həbs olunur.
Lakin edam olunmamış xanın ürəyi partlayır, dünyasını dəyişir. Niyəsini
soruşduqda Ofelya Bağırbəyova babasının türklərə yardım etdiyini və onları
qoruduğunu və bunları da ermənilərin istəmədiyini qeyd edir.
Onun digər babası Abbasqulu İrəvanski də İrəvanda böyük quruculuq işləri
aparır, binalar, məscidlər tikdirir, bulaqlardan su çəkdirir. Onu da ailəsi ilə
birlikdə ermənilər evindən didərgin salır, köçməyə məcbur edirlər. Gəncəyə,
sonra Bakıya köçən Ofelya xanımın ailəsi böyük çətinliklərlə üzləşir.
Zirzəmilərdə yaşamalı olurlar. Və o böyük sərvət və var-dövlətdən yalnız bir
yaqut qaşlı üzük miras qalır.
Ətraflı Baku TV-nin süjetində: