037c17c2-fdfc-4897-aef1-6638bbb49d27..jpg

Ermənilərin Xankəndidə məhv etdikləri tarixi mədəniyyət abidələrimiz: Xüsusilə məscidləri dağıdıblar – VİDEO

Baxış sayı: 688 dəfə baxılıb.

Ermənilərin Xankəndidə məhv etdikləri tarixi mədəniyyət abidələrimiz: Xüsusilə
məscidləri dağıdıblar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğal dövründə 2 645 tarixi mədəniyyət abidəmiz erməni vandallığına məruz
qalıb. Daha çox islam dövrü abidələrimiz ermənilər tərəfindən birmənalı olaraq
dağıdılıb. Alban dövrünə aid tarixi abidələrimizi isə məhv edib saxtalaşdırmaq
istəyiblər.

“Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İB-nin sədri Faiq
İsmayılov “İTV Xəbər”ə bildirib ki, 1920-ci ilə qədər Xankəndi şəhərində bir
nəfər də olsun erməni yaşamayıb:

“Xankəndi şəhərinin özündə 37 məhəllə olmuşdu, bu məhəllələrin 15-i əsas
məhəllə sayılırdı. 15 məhəllənin hər birində Şuşa şəhərindəki kimi, məhəllə
məscidləri vardı. Təkcə Xankəndi şəhərində 17-dən çox türbəmiz olub. Faktiki
olaraq onlardan biri də bu günə kimi qalmayıb. Ermənilər tərəfindən dağıdılıb.

Ümumilikdə götürəndə Xankəndi şəhərində 80-dən çox tarix-mədəniyyət
abidələrimiz var”.

Ermənilər ərazilərimizdə qeyri-qanuni arxeoloji qazıntılar aparmaqla sanki
“xəzinə” axtarıblar.

Ətraflı süjeti təqdim edirik:


Source link