d9de93d1-e67f-420d-8272-30361b88b82f..jpg

Ermənipərəst senator Qətərə casusluqda ittiham olunur

Baxış sayı: 434 dəfə baxılıb.

Ermənipərəst senator Qətərə casusluqda ittiham olunur
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu-Cersidən seçilən ermənipərəst senator Robert Menendes əlavə olaraq rüşvət
almaqda və Qətərə casusluqda ittiham edilib.

Bu barədə Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsinin məlumat bazasında dərc olunan
sənədlərdə deyilib.

Qeyd olunub ki, senator rüşvət kimi qiymətli əşyaları, pulları, “Formula-1”
üzrə dünya çempionatının yarışlarına biletləri və dəyəri 10 min dollardan 24
min dollara qədər olan saatları rüşvət kimi qəbul edib. Bunun üçün Menendes
Qətər hökumətinin xeyrinə bəzi tədbirlər görməli olub.

Məlumat üçün əlavə edək ki, Robert Menendes Senatın Xarici Əlaqələr
Komitəsinin sədri vəzifəsində çalışıb. Bu yaxınlarda o, iki fərqli kontekstdə
rüşvətxorluq və korrupsiyada ittiham olunub.

Mənbə: TASS

Source link