Ermənipərəst senatoru beş illik həbs gözləyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nyu-Cersidən olan ermənipərəst senator Robert Menendes beşillik həbs cəzasına
məhkum edilə bilər.
Belə ki, ABŞ-nin “Bleeding Heartland” saytında jurnalist Rik Morenin
korrupsioner senator Robert Menendesə həsr etdiyi məqaləsi dərc edilib.
Qeyd edək ki, Robert Menendes Senatın Xarici Əlaqələr Komitəsinin sədri
vəzifəsində çalışıb. Bu yaxınlarda o, iki fərqli kontekstdə rüşvətxorluq və
korrupsiyada ittiham olunub.
Müəllif qeyd edir ki, birinci halda o, nüfuzlu mövqeyindən istifadə edərək
Misirə hərbi yardım təmin etmək üçün xarici agent kimi fəaliyyət göstərib.
“Başqa bir halda, o, üç varlı iş adamına kömək etmək və onların biznes
fəaliyyətləri ilə bağlı araşdırmaya mane olmaq cəhdinə görə mükafat olaraq pul,
qızıl külçələr, yeni avtomobil və digər qiymətli əşyaları qəbul edib.
Bu cür ittihamlar Nyu-Cersi senatoru üçün yeni bir şey deyil. 2017-ci ildə o,
oxşar korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxıb. Elə o zaman da, indi
olduğu kimi, Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa
verməli olmuşdu”, – deyə Rik Moren qeyd edib.
Jurnalist əlavə edib ki, əgər R. Menendes günahkar bilinərsə, onu 5 il həbs
cəzası gözləyir.
“Üstəlik, senatorun seçiciləri onu dəstəkləmirlər. Son sorğuya görə,
nyucersililərin 70%-i onun vəzifədən getməsini istəyir”, – deyə araşdırmaçı
jurnalist qeyd edib.
Mənbə: Caliber