Ermənistan Ədliyyə Nazirliyinin yüksək vəzifəli məmuru Moskvada saxlanıldı

Baxış sayı: 5. 677 dəfə baxılıb.

Ermənistan Ədliyyə Nazirliyinin yüksək vəzifəli məmuru Moskvada saxlanıldı

Ermənistan Ədliyyə Nazirliyinin keçmiş xidmət rəisi, axtarışda olan Miqran Poqosyan Moskvada saxlanılıb.

İnterfaks agentliyinin məlumatına görə, onun Ermənistana ekstradisiyası məsələsi müzakirə olunur.
Miqran Poqosyan külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərində sui-istifadəyə görə axtarışa verilmişdi.

Məhkəmə materiallarına əsasən, o həmçinin öz sürücüsünü və mühafizəçisini Ədliyyə Nazirliyində vəzifəyə  təyin edib və onların adına yazılmış maaşın ümumi miqdarı 91 min dolları ötüb.