8ffb6be9-06ab-453e-a139-fa6ffc4fe084..jpg

Ermənistan Araz çayına göz dikdi

Baxış sayı: 658 dəfə baxılıb.

Ermənistan Araz çayına göz dikdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan hər il beş ay ərzində Araz çayından su götürəcək.

Ermənistan mediasının məlumatına görə, bu barədə hökumətin fevralın 1-də
keçirilən iclasında bildirilib.

Məlumata görə, hökumət Axuryan hövzəsində qrunt sularının səviyyəsinin
azalmasının nəticələrini yumşaltmaq barədə qərar qəbul edib. Buna nail olmaq
üçün Araz çayından Metsamor atom elektrik stansiyasına (AES) suyun vurulması
təklif olunub.

Qərarın əsaslandırılmasında göstərilib ki, suyun səviyyəsinin aşağı olması və
iqlim dəyişikliyinin yeraltı su ehtiyatlarına təsiri nəticəsində su ehtiyatının
balanslaşdırılmış ekoloji vəziyyətinin pozulması, həmçinin mövcud artezian
horizontlarının və çayda suyun azalması müşahidə olunur. Bu isə regionda su
ehtiyatlarının tükənməsinə səbəb ola bilər.

Araz çayından hər il noyabrın 1-dən növbəti ilin martın 31-dək suyun Metsamor
AES üçün götürülməsi təklif olunub.

Source link