Ermənistan Azərbaycan ilə şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri
qurmağa davam edir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində
Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi
barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat
yayılıb. Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum
xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli
atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi
bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə
ilə qeydə alınıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bu gün
yaydığı məlumatda deyilir.
Bildirilib ki, yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında
Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları
və ağır atəş vasitələri yerləşdirilir.
“Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə
biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin
gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi
və onun havadarlarının üzərinə düşəcək”, – MN-in məlumatında qeyd olunub.