Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş
açılmasını rəsmi olaraq etiraf edib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni sərhədçilərini aprelin 10-da
Sünikdə (Zəngəzur) Nerkin Xndzoresk kəndi yaxınlığında atışmaya səbəb olan
qaydaları pozmaqda ittiham edib.
Sərhədçilər tərəfindən bir sıra hərbi xidmət qaydalarının aşkar şəkildə
pozulması faktı ilə bağlı cinayət işi başlandığı bildirilir.
Qeyd edək ki, aprelin 10-da dövlət sərhədinin pozulmasının qarşısını alan
sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb
və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.