e50ef532-4c61-4686-91ea-4a87aee3adbb..jpg

“Ermənistan Azərbaycana hansı ordu ilə müharibə edəcək?” – Polkovnikdən AÇIQLAMA + FOTO

Baxış sayı: 526 dəfə baxılıb.

“Ermənistan Azərbaycana hansı ordu ilə müharibə edəcək?” – Polkovnikdən
AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin bölmələri artıq bir neçə gündür ki, ordumuzun
mövqelərini müxtəlif istiqamətlərdə atəşə tutur.

Ermənistanın mövqelərimizi atəşə tutmaqda məqsədi nədir?

Məsələ ilə bağlı Redaktor.az-la fikirlərini bölüşən hərbi ekspert, polkovnik
Üzeyir Cəfərov deyib ki, bu sualın çox sadə cavabı var:

“Ermənistanın sərhədini kim qoruyur? Bu sualın cavabı tapılan kimi, “atəşkəsin
pozulması kimə və nəyə lazımdır” sualının da cavabı gün kimi aydın olacaq.
Bildiyim qədər Ermənistanın sərhədləri başqa dövlət tərəfindən qorunur. Yəni,
Ermənistanın özünün sərhəd qoşunları yoxdur. Onlar hələ bundan sonra
sərhədlərini qorumaq haqqında danışır. O ki qaldı qoşun yığırlar, bu hamısı
boş, blef şeylərdir. Yəni burada ajiotaj yaratmaq lazım deyil. Gəlin, bir
sualın cavabını axtaraq. Naxçıvan Qars müqaviləsinə əsasən qardaş Türkiyənin
müdafiəsi altındadır. Yəni 44 günlük savaşda Naxçıvana qarşı bir addım atmayan
Ermənistan indi guya Naxçıvana qarşı hansısa bir addım atacaq? Yəni siz ciddi
qəbul edirsiz bunu? Mən şəxsən bunu heç belə ağlımın ucundan da keçirmirəm. Bu
sadəcə bəzi dövlətlərə sərf edən bir ritorikadır. Ay Ermənistan qoşun toplayır,
ay Ermənistan silah alır, indi də bizim mətbuat yazır ki, ay İran Ermənistana
silah daşıyır. Bizim jurnalistlər, ekspertlər və bəzi adamlar onun yarısını
deyirlər, sonrakı hissəni demirlər. Bəli, İrandan Ermənistana silah-sursat
gətirilir, pilotsuz uçuş aparatları və digərləri. O silah-sursat Rusiyanın
bazası vasitəsilə ötürülür”.

Ekspert vurğulayıb ki, bu gün Ermənistanın o gücü yoxdur ki, Azərbaycanla
müharibə aparsın.

“Ermənistanın bir balaca özünə gəlməsi və Azərbaycana qarşı nə isə etməyə,
gücü, təpəri olması üçün ən yaxın tarix 2030-cu il ola bilər. Bu, müharibədən
çıxan ölkədir, yəni hələ müharibə resursları yerini tutmayıb. NATO ölkələri bu
gün Ukraynaya hərbi yardım çatdıra bilmirlər. Yəni Ukraynada müharibənin üçüncü
ilidir və Ermənistana kim kömək edəcək? Bəziləri məqsədyönlü şəkildə deyir ki,
Ermənistan Ukraynanın, Suriyanın yolunu gedir. Biz də başlayırıq ki, Ermənistan
hücuma hazırlaşır. Ermənistanın nəyi var? Bir həsiri qalıb, bir də
Məmmədnəsiri. Baxıram, gülməyim gəlir ki, guya Ermənistan Azərbaycana qarşı
hansısa müharibə edəcək. Necə müharibə edəcək, hansı ordu ilə müharibə edəcək,
özü də Naxçıvan istiqamətində? Mən bu müharibə ritorikasını ciddi saymıram və o
fikirləri tam təkzib edirəm ki, Ermənistanın bu günləri Azərbaycana qarşı
müharibə aparmaq üçün hansısa bir gücü və imkanları var. Bəli, bu informasiya
cəbhəsində ajotaj qaldırırlar ki, müharibə olacaq. Bəziləri Ermənistana və
yaxud da digər ölkələrə silah-sursatını satmağa çalışır, bəziləri də bundan özü
üçün müəyyən dividentlər əldə edir. Mənim vəziyyəti görmə vizyonum budur”, –
deyə Ü.Cəfərov bildirib.

Source link