ab6d040b-8114-42c2-b4e9-4b20ee5e797f..jpg

Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşır – YENİLƏNİB + VİDEO

Baxış sayı: 591 dəfə baxılıb.

Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşır – YENİLƏNİB +
VİDEO

Hərbi dairələrdəki mənbələrimiz Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3
və 4-cü hərbi korpusları fəal şəkildə gücləndirdiyini, həmçinin son həftələr
İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin hərbi birləşmələrə
çatdırılması barədə məlumatları təsdiqləyir.

“Caliber”in məlumatına görə, Ermənistanda təmir müəssisələri fasiləsiz
işləyir, təmir oluna bilən bütün texnikanı işə salmağa çalışırlar. Həmçinin,
Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrini yüksək döyüş
hazırlığı səviyyəsinə çatdırıb.

Təkcə son bir həftə ərzində Ermənistanda ehtiyatdan on minə qədər hərbçi
çağırılıb və bunun fonunda erməni hərbi ekspertlərin ölkədə guya səfərbərliyin
baş tutmaması ilə bağlı açıqlamaları əslində Azərbaycan və dünya ictimaiyyətini
yanlış məlumatlandırmaq üzrə kampaniyanın tərkib hissəsidir.

Odur ki, yaxın vaxtlarda həm ölkədaxili, həm də geosiyasi öhdəlikləri olan
Nikol Paşinyan rejimindən ciddi hərbi təxribat gözləməyə əsas var. Qarabağda
resursların məhdud olduğunu nəzərə alsaq, çox güman ki, orada diversifikasiya
xarakterli təxribat əməliyyatları aparıla bilər. Düşmən əsas hərbi
əməliyyatları Ermənistanla şərti sərhədimizdə keçirəcək.

7 sentyabr, 23:52

Ermənistan tərəfi Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşır.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılır.

Kadrlarda ermənilərin Azərbaycanla şərti sərhədə “Smerç” reaktiv yaylım atəş
sistemi və digər hərbi texnikanı göndərdiyi əks olunub.

Görüntülərin İrəvanda qeydə alındığı vurğulanıb.

Source link