c86446ca-380a-4aa9-880b-aa4bab0fdcfe..jpg

“Ermənistan beynəlxalq konvensiyalara imza atmasına baxmayaraq, mina xəritələrini Azərbaycana təhvil vermir”

Baxış sayı: 1. 100 dəfə baxılıb.

“Ermənistan beynəlxalq konvensiyalara imza atmasına baxmayaraq, mina
xəritələrini Azərbaycana təhvil vermir”

“Ermənistan beynəlxalq konvensiyalara imza ataraq öhdəlik götürməsinə
baxmayaraq, hələ də minalanmış ərazilərin dəqiqləşdirilmiş xəritələrini
Azərbaycana təhvil vermir”.

Bu fikirləri “Report”a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Ermənistan torpaqlarımızı işğal etdiyi 30 ildə
ərazilərimizi 100 minlərlə mina ilə çirkləndirib:

“Beynəlxalq konvensiyaların tələblərinə görə azad olunmuş ərazilərdə
basdırılmış minaların xəritələri qarşı tərəfə verilməlidir. Onların verdiyi
xəritələrdə dəqiqliyin 20 faiz olması minatəmizləmə işini çətinləşdirir və uzun
illər ərazilərimizdə basdırılmış minalar təhlükə mənbəyi olaraq qalır. Belə ki,
müharibənin bitməsindən keçən 2,5 il ərzində 300-ə yaxın vətəndaşımız minaya
düşərək xəsarət alıb və ya həlak olub”.

“O cümlədən aprelin 2-də bir hərbi qulluqçumuz Tərtər rayonun azad olunmuş
ərazisində minaya düşərək həlak olub. Bir gün sonra, yəni bu gün isə Laçın
rayonu ərazisində tank əleyhinə 3 mina aşkar olunub. Azərbaycan minalanmış
ərazilərlə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələni dəfələrlə
qaldırmasına baxmayaraq beynəlxalq aləmdən heç bir dəstək ifadə olunmayıb.
Hətta Ermənistana mina təxribatlarına şərait yaradılmasına “töhfə verəcək”
Laçın-Xankəndi yolunun bağlanması ilə bağlı işğalçı ölkənin saxta məlumatlarını
dəstəkləyiblər”, – deyə deputat bildirib.

A.Badamov vurğulayıb ki, hətta işğaldan azad olunmuş ərazilərdə 2021-ci ildə
istehsal olunmuş minaların müəyyən olunması Ermənistanın mina terrorunun davam
etməsinin göstəricisidir:

“Laçın Xankəndi yolundakı aksiyamız və digər gizli yollara nəzarətimizin
bərpası Ermənistanın Qarabağda həyata keçirmək istədikləri çirkin niyyətlərin
qarşısını alıb. Beynəlxalq ictimaiyyət isə Ermənistanın özbaşınalıqlarına göz
yummaqda davam etməsini isə ikili standartların davam etdirilməsinin
göstəricisi hesab edirəm”.

Source link