7138a038-c6fa-4bc5-a6a9-35c107e1e158..jpg

Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edib

Baxış sayı: 810 dəfə baxılıb.

Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini
Azərbaycana təqdim edib

“Ermənistan Azərbaycana delimitasiya komissiyalarının işi haqqında əsasnamə
layihəsini təhvil verib”.

Bu barədə hökumət iclasında baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Azərbaycana sərhədlərin delimitasiyası üzrə
komissiyaların işi haqqında əsasnamə layihəsini bu yaxınlarda təqdim ediblər.

“Biz bu sənədə cavab gözləyirik”, – baş nazir bildirib.

Eyni zamanda, o qeyd edib ki, sülh müqaviləsinin imzalanması üzrə işin üç
mərhələsi – təkliflər mübadiləsi artıq bitib.

“Bu istiqamətdə işlər davam etdirilməlidir”, – deyə o əlavə edib.

Nikol Paşinyan qeyd edib ki, bu iş həmişə üzbəüz görüşlər tələb etmir.

Mənbə: “Sputnik” Ermənistan

Source link