0559e4e6-a31a-42a5-8619-b36f39a2c7d1..jpg

Ermənistan hərbçilərinin qətlə yetirdiyi azərbaycanlıların dəfn yerləri barədə məlumatlar sistemləşdirilir

Baxış sayı: 826 dəfə baxılıb.

Ermənistan hərbçilərinin qətlə yetirdiyi azərbaycanlıların dəfn yerləri barədə
məlumatlar sistemləşdirilir

Dövlət Komissiyası fəaliyyətə başladığı vaxtdan etibarən itkin düşmüş
şəxslərə, o cümlədən onlara aid məzar yerlərinə dair məlumatların toplanması
işi diqqət mərkəzində saxlanılıb.

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov
deyib.

Onun sözlərinə görə, materialların təhlilinə əsasən, I Qarabağ müharibəsi
zamanı Ermənistan hərbçiləri və erməni silahlı-separatçı dəstələri tərəfindən
qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının kütləvi və fərdi dəfn yerləri
barədə məlumatlar sistemləşdirilir.

Dövlət Komissiyasının katibi qeyd edib ki, eyni zamanda, bu sahədə Beynəlxalq
Qırmızı Xaç Komitəsi (BQXK) ilə yaxından əməkdaşlıq edilir:

“Əldə edilmiş razılığa uyğun olaraq BQXK ötən il qurumda olan müəyyən
məlumatları Dövlət Komissiyasına təqdim edib. Toplanmış məlumatlar əsasında
ötən il xüsusi xəritələr tərtib edilib. Bununla yanaşı, Dövlət Komissiyasının
İşçi qrupu məzar yerləri ilə bağlı məlumatların toplanması işini hazırda da
davam etdirir. Ancaq yuxarıda da qeyd etdiyim kimi, itkinlər barədə təfsilatlı
məlumatlar daha çox Ermənistan tərəfdədir. Ümid edək ki, Ermənistan bu sahədə
məlumatların təqdim edilməsi və konstruktiv əməkdaşlıq nümayiş etdirilməsi
imkanını özündə tapacaq”.

Source link