Ermənistan hərbi təyyarələri Füzuli üzərindən uçdu

Ermənistan hərbi təyyarələri Füzuli üzərindən uçdu

Baxış sayı: 2. 389 dəfə baxılıb.

Ermənistan Müdafiə Nazirliyi mayın 14-19 tarixlərində işğal olunmuş ərazilərdə keçirilmiş hərbi təlimlərin nəticələrini açıqlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, təlimlərdə cənub istiqamətində (Füzuli-Xocavənd) hərbi aviasiyadan istifadə olunub. 

Üç mərhələdən ibarət təlimlər Qarabağın cənubundakı poliqonlardan birində keçirilib. Hərbi təlimlərin mövzusu düşmənin qəfil hücumunun qarşısının alınması, qoşunların döyüş hazırlığına gətirilməsi və müdafiə əməliyyatlarının keçirilməsi olub. 

Təlimlərin təfərrüatı və istifadə edilən aviasiya tipləri açıqlanmır. Əgər erməni tərəfi, həqiqətən də, hərbi aviasiyadan istifadə edibsə, ehtimal etmək olar ki, Ermənistan hərbi təyyarələri cəbhə xəttinin yaxınlığından uçub. 

Bu addım münaqişənin gərginləşdirilməsinə yönəlib və son günlər Ermənistan tərəfindən cəbhə xəttində törədilən təxribatın tərkib hissəsidir. 

www.ÇıxışYolu.Com