Ermənistan hakimiyyətini dağıdan Paşinyan məzuniyyətə çıxdı

Baxış sayı: 2. 098 dəfə baxılıb.

Ermənistan hakimiyyətini dağıdan Paşinyan məzuniyyətə çıxdı

Ermənistan baş nazirinin vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan məzuniyyətə gedib. 

ÇıxışYolu.Com erməni KİV-ə istinadən xəbər verir ki, o, bununla bağlı “Facebook” hesabında məlumat verib. 

“İcazənizlə özümə kiçik məzuniyyət götürürəm”, – Paşinyan bildirib. 

Hökumət başçısı əlavə edib ki, onun məzuniyyəti bazar ertəsinə qədər davam edəcək. 

Dünən Ermənistan parlamenti ikinci dəfə baş nazir seçə bilməyib və Konstitusiyaya əsasən, buraxılıb. Ermənistan prezidenti Armen Sarkisyan dekabrın 9-da ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

www.ÇıxışYolu.Com