Ermənistan Silahlı Qüvvələri Hindistan tərəfindən təchiz edilmiş altı ATAGS
qurğusunun sınaqlarını başa çatdırıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə “Indian Defence Research Wing” ixtisaslaşmış
saytı məlumat yayıb.
Məlumata görə, silahlar ölkənin müxtəlif yerlərində keçirilən bütün əməliyyat
sınaqlarından keçib. Altı ədəd ATAGS silahının ilkin partiyasının trayektoriya
hesablama modulu erməni tərəfinin tələbi ilə erməni dilində proqramlaşdırılıb.
Bundan əlavə, silahların Ermənistan hərbçilərinin xüsusi tələblərinə
uyğunlaşdırılması üçün bir neçə başqa dəyişiklik edilib. Bu sınaqların uğurla
başa çatması Ermənistanın Hindistan istehsalçısı “Kalyanı Groups”dan daha 84
ədəd ATAGS silahı almasına yol açıb. Hazırda silahların yeni partiyasının
tədarükü gözlənilir.