Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib.
ÇıxışYolu.Com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət başçısının saytında məlumat dərc olunub.
“Konstitusiyanın 130-cu maddəsini rəhbər tutaraq, Ermənistan Respublikası hökumətinin istefası qəbul olunsun”, – deyə Ermənistan prezidentinin saytında deyilir.
Bundan əvvəl yayılan xəbərə görə, Ermənistanda hazırda baş nazir vəzifəsini müvəqqəti olaraq baş nazirin müavini Karen Karapetyan icra edir.