Ermənistan hökuməti Paşinyanla danışıqlardan imtina etdi

Ermənistan hökuməti Paşinyanla danışıqlardan imtina etdi

Baxış sayı: 1. 955 dəfə baxılıb.

Ermənistanın baş nazirinin vəzifələrini müvəqqəti icra edən Karen Karapetyan etirazçıların lideri Nikol Paşinyanla görüşdən imtina edib.

Bununla bağlı Karapetyanın mətbuat katibi Aram Araratyan məlumat verib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, məlumatda deyilir ki, Paşinyanın bu dəvəti əvvəlkilərdən fərqlənmir.

Karapetyan əvvəlki dəvətlə bağlı cavabını təkrarlayıb. 

Bundan başqa, Karapetyanın fikrincə, danışıqların kameralar qarşısında keçirilməsində məqsəd hər hansı nəticənin əldə edilməməsi deməkdir. 

Əli Məmmədov
www.ÇıxışYolu.Com