8d375e77-2350-4af6-9804-f678d05b7fa9..jpg

Ermənistan KİV: “Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq”

Baxış sayı: 735 dəfə baxılıb.

Ermənistan KİV: “Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının bir çox deputatları
Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı,
Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi
prosesini həyata keçiriləcəyini bildiriblər.

Bu barədə Ermənistan mətbuatında dərc edilən yazıda qeyd olunub.

Mənbə iddia edir ki, bu Paşinyanın yaxın çevrəsinin verdiyi məlumatlara əsasən
məlum olub. İki ay əvvəl Təhlükəsizlik Şurasının iclaslarının birində Paşinyan
dörd kəndin yaxın vaxtlarda Azərbaycana verməyə hazırlaşmasından söz açıb.

Yazıda Paşinyanın “TikTok”dakı dünənki çıxışı zamanı onun kənd camaatına
dediyi “Mən bu haqda fikirləşib, sizə cavab verəcəyəm” fikirləri növbəti yalan
olduğu iddia olunur. Baş nazir hədə ilə bildirib ki, kəndlər verilməsə,
müharibə başlayacaq.

Qeyd olunur ki, dünən səhər tezdən Tavuş sakinləri etiraz aksiyası keçirmək və
yolu bağlamaq niyyətlərini bildirdikdən sonra Tavuşa iki avtobusla polis
göndərilib. Lakin polis Voskeparda çox az qalıb: kənd camaatı onları gördükdən
sonra hay-küy salıblar. Etiraz aksiyası Voskepar sakinlərindən birinin dəfn
mərasimi ilə əlaqədar təxirə salınıb.

Nəşrin verdiyi məlumata görə, Paşinyan Tavuş sakinləri ilə görüşə sinif
yoldaşı, daxili işlər naziri Vaqe Qazaryanı da özü ilə aparıb.

Mənbə: Hraparak

Source link