f5a5e5db-8d09-4958-baad-b80211b4a41d.webp

Ermənistan KTMT-dən mümkün çıxışını şərh edib

Baxış sayı: 182 dəfə baxılıb.

“İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayıb”.

Cixisyolu.com-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın
xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq
təhlükəsizlik forumunda bildirib.

O, aparıcının Ermənistanın KTMT-dən çıxma ehtimalı ilə bağlı sualı
cavablandırıb.

“Düşünürəm ki, hamımız daha ehtiyatlı olmalıyıq. Sirr deyil ki, sabitlik
prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə
olunmalıdır; mən risklərin idarə edilməsini nəzərdə tuturam. Bu sadə məsələ
deyil”, – deyə o cavab verib.

Mirzoyan, həmçinin xatırladıb ki, Ermənistan KTMT-dəki üzvlüyünü dondurub və
buna qədər olan münasibətlərə qayıtmaq niyyətində deyil.

“Biz işləməyən hərbi ittifaqda özümüzü görmürük”, – deyə o əlavə edib.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Ermənistanın
təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər
törətdiyini deyib və əlavə edib ki, təşkilatın iki ölkəsi 2020-ci ildə
Qarabağda hərbi əməliyyatlar zamanı Azərbaycana kömək edib.

Source link