9bbc7b61-1639-44d5-b144-55d402e8ac15.webp

Ermənistan “millisinin qapıçısı” olmaq cəhdi: Paşinyanın BMT “lətifəsi”

Baxış sayı: 287 dəfə baxılıb.

Caliber.Az-ın növbəti videotəhlili BMT Baş Assambleyasında çıxış edən Nikol
Paşinyanın əsassız və dünya ictimaiyyətini aldatmağa hesablanmış çıxışına həsr
edilib.

Müəllif qeyd edir ki, BMT-nin 79-cu sessiyasının tribunasından nitq söyləyən
Ermənistanın baş naziri Nikol Paşinyan bütün dünyanı inandırmağa çalışıb ki,
guya Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcud
deyil:

“Azərbaycan təkid edir ki, Ermənistan Respublikasının konstitusiyası sülh
sazişinə maneədir, çünki guya (bəli, Paşinyan məhz “guya” ifadəsini seçib –
red.) orada Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapıb.

Təfərrüata varmadan qeyd edim ki, konstitusiyamızda belə bir şey yoxdur,
Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və biz bununla bağlı bütün
maraqlı beynəlxalq tərəfdaşlarımıza ətraflı yazılı sübut təqdim edə bilərik”.

Verilişin müəllifi vurğulayır ki, burada ermənistanlı qapıçı ilə bağlı lətifə
yada düşür:

“Onun qoruduğu qapıya qol vurursan, amma bunu heç cür sübut etmək mümkün
olmur, hətta VAR ekranında izlədikdən sonra da. Lakin buna baxmayaraq, gəlin
bir daha Ermənistan konstitusiyasının Ermənistanın Müstəqillik Bəyannaməsinə
istinadı ehtiva edən preambulasına müraciət edək. Orada: “Ermənistan SSR Ali
Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1989-cu il 1 dekabr tarixli
“Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə Qərarına
əsaslanaraq, xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirərək…”
yazılıb.

Ermənistan “millisinin qapıçısı” Nikol Paşinyan da, gördüyümüz kimi,
ermənilərin çoxdankı üsulundan istifadə edib: sözü elə fırlat ki, heç kim gedib
yoxlamasın.

Daha ətraflı videoda:

Ermənistan “millisinin qapıçısı” olmaq cəhdi: Paşinyanın
BMT “lətifəsi”
Ermənistan “millisinin qapıçısı” olmaq cəhdi: Paşinyanın BMT “lətifəsi”

Source link