92de7b05-7f39-4bff-b89c-bef1301ff493..jpg

“Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir” – ŞƏRH

Baxış sayı: 1. 041 dəfə baxılıb.

“Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir” – ŞƏRH

“Son hadisələr göstərir ki, Ermənistan tərəfi bütün məsələlərdə olduğu kimi
mina xəritələrinin verilməsində də süni əngəllər yaradır, Azərbaycana qarşı heç
bir xoşməramlı münasibət göstərmir və beynəlxalq hüququ kobud şəkildə pozmağa
davam edir”.

Bu fikirləri Cixisyolu.com-a politoloq İlqar Vəlizadə erməni təxribatı nəticəsində
basdırılmış mina partlaması ilə 3 hərbçimizin xəsarət alması haqqında
danışarkən deyib.

O xatırladıb ki, ermənilərin mina təxribatının nəticəsində faciəvi hadisələr
davam edir, itkilərimiz artır:

“Beynəlxalq təsisatlar, təşkilatlar səviyyəsində dəfələrlə bu məsələləri
qaldırmalıyıq. Azərbaycan tərəfi Ermənistana iradlarını dönə-dönə bildirməlidir
ki, nəticədə heç olmasa beynəlxalq təşkilatlar ermənilərdən bunu tələb edə
bilsin. Ermənistanın onsuz da xoşagəlməz imici formalaşıb. Rəsmi İrəvan hansısa
tədbirlər görməlidir ki, bunu heç olmasa yaxşıya doğru dəyişə bilsin.

Beynəlxalq hüquq normalarına, qoşulduğu konvensiyaların şərtlərinə, o cümlədən
minalarla əlaqədar konvensiyanın tələblərinə əməl etməyən, hüquq prinsiplərini
pozan Ermənistana heç kim təsir etməyib. İndi də vasitəçi ölkələr, beynəlxalq
təşkilatlar Paşinyan hakimiyyətinə təsir göstərmirlər. İstənilən halda biz
çalışmalıyıq beynəlxalq səviyyədə Ermənistanın yararsız siyasətinə diqqətin
cəlb olunmasını təmin edək. Başqa çıxış yolumuz qalmır.

Digər tərəfdən müxtəlif səviyyələrdə müzakirələr aparılır ki, Ermənistan
Azərbaycana təzminat ödəsin. Düşünürəm ki, digər qanun pozuntuları ilə yanaşı
mina terroru ilə bağlı da Azərbaycana dəyən zərərin ödənilməsi beynəlxalq
məhkəmələrin diqqətində olmalıdır. Bu məsələ ilə bağlı hüquqşünaslar,
mütəxəssislər işləməlidirlər ki, Ermənistan mina terroruna görə məsuliyyətə
cəlb edilsin”.

Aysel Aslan

Source link