Ermənistan MN: Azərbaycandan keçənlər banqladeşlilərdir

Ermənistan MN: Azərbaycandan keçənlər banqladeşlilərdir

Baxış sayı: 2. 468 dəfə baxılıb.

Ermənistan ərazisinə daxil olmağa cəhd etmiş xaricilər Banqladeş vətəndaşlarıdır.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” Ermənistanın Müdafiə naziri v.i.e Viqen Sarkisyana istinadən məlumat yayıb.

“Sərhədi pozanlar Banqladeş vətəndaşlarıdır. Onlar Ermənistanın Milli təhlükəsizlik xidmətinə təhvil verilib.”, – deyə Sarkisyan bildirib.

İnsidentin təfərrüatı barədə məlumat verilmir.

Azərbaycanın Müdafiə nazirliyi altı nəfərin Ermənistan sərhədinə keçməsi ilə bağlı informasiyanı təsdiq etməyib.

“Bizdə belə bir məlumat yoxdur”, – deyə nazirliyinin rəsmisi bildirib.

.
www.ÇıxışYolu.Com