Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlət məmurlarının, bir qrup vətəndaşın, həkimlərin, o cümlədən hərbi komissarlığın əməkdaşlarının iştirak etdiyi korrupsiya sxemini aşkarlayıb.
ÇıxışYolu.Com Ermənistan KİV-ə istinadla xəbər verir ki, şübhəli şəxslər 2018-ci ilin yayında 40 vətəndaş üçün rəsmi sənəd hazırlayıb.
Qeyd edilib ki, bu məsələdə əsas rolu həkim Aramais Salosyan oynayıb.
Bu sxemin təşkilində Müdafiə Nazirliyinin mərkəzi toplanış məntəqəsinin keçmiş əməkdaşı da şübhəli bilinir. O, möhlət alması üçün sənədlərin hazırlanması məqsədilə çağırışçıların hər birindən 14 min dollar rüşvət tələb edib.
Hazırkı hərbi komissarlıqla yanaşı, idarənin keçmiş əməkdaşları və həkimlər Kolya Kosakyanın rəhbərlik etdiyi qrupla birgə işləyirmiş və iştirakçıların hər biri bu sxemdən öz payını alırmış.
MTX axtarışlar aparıb, dindirilmələr həyata keçirib, bu faktı sübuta yetirən tibbi və digər sənədləri aşkarlayıb.
Kosakyan Qeqarkunik rayonunun hərbi komissarı Qarik Arakelyan ilə 11 min dollar qarşılığında bir nəfəri hərbi mükəlləfiyyətdən azad etməklə bağlı razılığa gəlib. Ancaq o, işini başa çatdıra bilməyib.
Bundan başqa, üç vətəndaşa qarşı da ittiham irəli sürülüb.