Ermənistan parlamentinin Nikol Paşinyanı baş nazir seçməsindən sonra ölkənin Müdafiə Nazirliyində istefalar başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan istefa verib.
Bu barədə A. Zakaryan özünün “Facebook” səhifəsində yazıb.
“Siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar vəzifəmdən istefa verdim.
Birincisi, mənim komandam müxalifətdə olacaq, ikincisi, düşünürəm ki, Müdafiə Nazirliyi rəhbərliyini yeni baş nazirin komandası formalaşdıracaq”, – o deyib.
Müdafiə nazirinin daha bir müavini Artak Davtyan baş nazirin vəzifələrini müvəqqəti icra edən Karen Arapetyan tərəfindən istefaya göndərilib. Müdafiə Nazirliyinin baş hərbi inspektoru Mixail Arutyunyan da vəzifəsindən gedib.