Ermənistan hərbçiləri NATO-nun “Defender Europe 2021” adlı təlimlərində iştirak etməyəcək.
Aysor.am xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, NATO “Defender Europe 2021” adlı təlimlər çərçivəsində Avropada son 25 ilin ən böyük çoxmillətli hərbi təlimlərini keçirməyi nəzərdə tutur.
Təlimlərdə 27 ölkədən 30 minə yaxın hərbçinin iştirakı gözlənilir.