Ermənistan ordusu Qarabağda təlimlər keçirir

Ermənistan ordusu Qarabağda təlimlər keçirir

Baxış sayı: 2. 353 dəfə baxılıb.

Ermənistan silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlimləri davam etdirir.

ÇıxışYolu.Com-ın APA-ya istinadən verdiyi xəbərə görə, hərbi təlim qoşunların qarşıdurma xəttinin Ağdam işğal altında olan Kəngərli və Uzundərə adlanan ərazisində müşahidə olunur.

Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Hazırda Ermənistan ordusunun təlimi atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.

www.ÇıxışYolu.Com