f954c288-8cdb-47ba-8692-50296d9919eb..jpg

Ermənistan ordusunun məhv edilən hərbçilərinin adları açıqlandı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 623 dəfə baxılıb.

Ermənistan ordusunun məhv edilən hərbçilərinin adları açıqlandı – YENİLƏNİB +
VİDEO

Ermənistan Müdafiə Nazirliyi bu gün Azərbaycan-Ermənistan şərti sərhədinin
Kəlbəcər istiqamətində baş verən silahlı toqquşma nəticəsində həlak olan
hərbçilərin adlarını açıqlayıb.

Bunlar Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtçyan, Vaçaqan
Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyandır.

Mənbə: Erməni KİV

16:22

Bu gün Azərbaycan-Ermənistan şərti sərhədinin Kəlbəcər istiqamətində baş verən
silahlı toqquşma nəticəsində Ermənistan ordusu dörd hərbçisini itirib, bir
nəfər yaralı var.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

15:57

Ermənistan ordusunun sentyabrın birində törətdiyi təxribat zamanı
zərərsizləşdirilən erməni hərbçilərin adları bəlli olub.

Bu barədə Ermənistanın Masis icmasının rəhbəri David Ambartsumyan bildirib.

Onun sözlərinə görə, həmin hərbçilər Masis icmasının sakinləri Andranik
Antonyan və Arsen Mkrtçyan olublar.

11:23

Azərbaycan-Ermənistan şərti sərhədində qarşı tərəfin törətdiyi təxribata cavab
olaraq Ordumuz tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində
Ermənistan silahlı qüvvələrinin iki hərbçisi ölüb, bir nəfər yaralanıb.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ancaq ölən hərbçilərin məlumatları, eləcə də yaralı hərbçinin səhhəti barədə
məlumat verilməyib.

Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin
Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan
Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı
tətbiq edilib. Zərbə nəticəsində iki hərbi qulluqçumuz yaralanıb. Bundan öncə
isə erməni təxribatı nəticəsində hərbi qulluqçumuz Məhəmməd Ramiz oğlu Tağıyev
yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab
tədbirləri görülür.


Source link