Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı həbs olunub.
ÇıxışYolu.Com “News.am”a istinadən xəbər verir ki, adı açıqlanmayan zabit polisin Ermənistan milli təhlükəsizlik nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İlkin məlumatlara görə, o, 2017-ci ildən bəri gənc əsgərlərin ilkin hərbi hazırlığı arzuolunan hərbi hissələrdə keçməsi üçün onların valideynlərindən külli miqdarda rüşvət alıb.
Polkovnik-leytenantın artıq müstəntiqlərə ifadə verdiyi bildirilir.