d2fee93c-8ac4-48a6-9a88-e0ee4ecebf8a..jpg

Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qoyulan qadağanı dəstəkləməyib

Baxış sayı: 827 dəfə baxılıb.

Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına
qoyulan qadağanı dəstəkləməyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Komissiyası “Ayakve” mülki
təşəbbüsü çərçivəsində irəli sürülən qanun layihəsi ilə ölkənin Cinayət
Məcəlləsinə təklif etdiyi dəyişikliklərin əleyhinə səs verib.

Ermənistan mediası xəbər verir ki, dəyişikliklər Qarabağın öz müqəddəratını
təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tuturdu.

Layihəni Milli Assambleyanın müvafiq komissiyasına “Hayastan” fraksiyasının
katibi Artsvik Minasyan təqdim edib. Lakin komissiya Qarabağın Azərbaycanın
tərkib hissəsi kimi tanınmasına qoyulan qadağanı dəstəkləməyib.

Komissiyanın üç üzvü (müxalifət nümayəndələri) qanun layihəsinin qəbulunun
lehinə, yeddisi isə (hakim “Mülki müqavilə” fraksiyasından olan
parlamentarilər) əleyhinə səs verib.

Source link